Ru
10:33 / 16 Fevral 2026

19 yaşlı etirazçı barədə ölüm hökmü – FOTO

19 yaşlı etirazçı barədə ölüm hökmü – FOTO
Eye

İranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi, hakim Abülqasim Səlavatinin sədrliyi ilə, Tehran etirazları zamanı saxlanılan 19 yaşlı Məhəmmədəmin Biqlari barəsində ölüm hökmü çıxarıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Iran International”a paylaşıb. Məlumata görə, iş İranın Ali Məhkəməsinə göndərilib.



Xəbərdə deyilir ki, Biqlari Tehranda kişi bərbərxanasında çalışırdı və yanvarın 8-də işdən evə qayıdarkən saxlanılıb.

Hesabatda qeyd olunur ki, onun anası vəfat edib, atası isə həbsdən yalnız üç həftə sonra xəbərdar edilib. Bu müddət ərzində ata oğlunu tapmaq üçün həftələrlə, o cümlədən Kəhrizək morqunda cəsədlər arasında axtarış aparıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar