Playstation şirkəti 2016-ci ilin ən çox bəyənilən
oyunlarının siyahısını hazırlayıb.
BakiPost.az xəbər verir ki, siyahının birinci pilləsində "Dishonored 2” oyunu dayanır.
Oyun Playstation 4, XBOX One, eləcə də PC üçün
yaradılıb. Arkada janrındadır.
"Overwatch” ikinci pillədədir. Oyun döyüş
üslubundadır, qrafik effektlərinə görə ən çox diqqəti cəlb edən
oyunlardandır. Blizzard Entertainment tərəfindən
ərsəyə gətirilmişdir.
"Pokémon Sun/Moon” - Pokemon sevənlər üçün çox gözəl
bir oyundur. 3D effektləri ilə seçilən bir oyundur.
"Skylanders: Imaginators” - Mükəmməl animasiyaları
ilə seçilən bu oyun uşaqdan böyüyə hər kəsin sevimlisinə çevirilib. Arkada
janrında olan bu oyun Playstation 3/4, XBOX 360/one, Wii U oyun konsulları üçün
tərtib olunub.
Civilization VI - Dövrünün ən sevilən strategiya
oyunu olmaqla yanaşı, ən uzun müddətli
strategiya oyunudur. Oyun 25 ildir ki, yeni versiyaları ilə oyunçularını
sevindirir. Lakin bu oyun yalnız PC üçün tərtib olunub.
"Battlefield 1” - Birinci Dünya müharibəsinin ən
sevilən oyunlarından olan Battlefield EA production tərəfindən istehsal olunur.
Oyun strategiya, döyüş, arkada kimi janrları özündə cəmləşdirib. Bu oyun bütün
oyun konsullarında oynanıla bilər.
"Forza Horizon 3” - Bir və ikinci buraxılışından
sonra hələ də sevilən maşın yarışı olan Forza Horizon üçüncü oyununu da ərsəyə
gətirib. Səs effektlərinə görə ən yaxşı oyun seçilib. Yarış sevərlər bu oyunu
XBOX One və PC konsullarından oynaya biləcəklər.
"NBA 2K17” - Hər il yenilənən və effektlərinə görə
sevilən ən yaxşı oyunlardandır. Basketbol sevən hər kəs bu oyunun hər sayını
qaçırmadan izləyir. Sport janrında olan bu oyunu bütün konsullarda oynaya bilərsiniz.
"Titanfall 2” - Oyunu Battlefield 1 və Call of Duty
oyunlarından sonra ən çox maraq doğuran döyüş oyunlarındandır. Nəhəng
robotların, titanların döyüşündən bəhs edən bu oyuna isə PS4, Xbox One, PC oyun konsullarında qoşula
bilərsiniz.
"Watch Dogs 2” - Adının mənası müşahidəçi olaraq tərcümə
olunan bu oyunda qəhrəman jurnalistdir. Onlayn sistemi qıran xakerlərdən bəhs
edən bu oyuna həmçinin PS4, Xbox One, PC-də qoşula bilərsiniz. Watch Dog ingilis dilində jurnalistlərə xitab
üçün istifadə edilən termindir.
Comərd
Bakı Post