Ru
09:30 / 05 Yanvar 2026

2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək? – VİDEO

2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək? – VİDEO
Eye

İllərdir Bakıda daşınmaz əmlak bazarında davamlı qiymət artımları müşahidə olunurdu. Bəzi dövrlərdə bu artım illik 10, hətta 20 faizə qədər yüksəlirdi. Lakin ekspertlərin fikrincə, ötən ilin, yəni 2025-ci ilin ikinci yarısından etibarən bazar yeni mərhələyə keçib və durğunluq açıq şəkildə hiss olunur. Başqa sözlə, uzun illərdən sonra əmlak bazarında artım tendensiyasının dəyişməsi müşahidə edilməkdədir.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sözlərinə görə, hazırkı bazar real alqı-satqıdan daha çox ipoteka və tikinti şirkətlərinin daxili kredit mexanizmləri hesabına aktiv qalır.

Ekspertin sözlərinə görə, eyni zamanda, paytaxtda aparılan söküntü işləri də tələbatın istiqamətini dəyişib. Artıq tələbat mərkəzdə deyil, kənar ərazilərdə hiss edilir.

Ekspertlər bildirirlər ki, paytaxtın mərkəzində yeni tikililərin sayının azalması bazarda rəqabəti zəiflədib. Bu da uzun illər qiymətlərin süni şəkildə yüksək qalmasına səbəb olub. Lakin alıcı marağının azalması bu modelin uzunmüddətli olmadığını göstərir. Mütəxəssislərin fikrincə, son nəticədə 2026-cı ildə əmlak bazarında kəskin bahalaşma gözlənilmir.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar