Ru
22:02 / 06 Yanvar 2026

2026-cı ildə trend olacaq yeniliklər: Kosmosda doğulacaq ilk körpə...

2026-cı ildə trend olacaq yeniliklər: Kosmosda doğulacaq ilk körpə...
Eye

2025-ci il, insanabənzər robotlar və süni intellekt əsaslı rəqəmsal münasibətlərin ön plana çıxdığı bir il olmuşdu. İngiltərədə yerləşən "Nesta" tədqiqat və innovasiya fondunun mütəxəssisləri isə 2026-cı ilin inkişaflarını dəyərləndiriblər.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, kosmosda doğan körpələrdən qanunsuz qum hasilatına qədər bu il bir sıra mübahisəli və diqqət çəkən yeniliklər gözlənilir.

Buna görə də 2026-cı il yalnız texnologiya sahəsində deyil, həm də sosial, hüquqi və etik sahələrdə dünyanı dərindən təsir edəcək. Bu yeniliklərin bəziləri gündəlik həyatı asanlaşdıracaq, bəziləri isə yeni risklər və mübahisələr yaradacaq.

Kosmosda doğulan körpələr

Tədqiqatlar göstərib ki, reproduktiv hüceyrələr kosmosda həyatda qala bilir. Buna görə də kosmosda doğulacaq ilk körpə üçün hazırlıqlar başlanıb. Lakin şüalanma və az qravitasiya təsirləri, həmçinin vətəndaşlıq məsələləri hələlik qeyri-müəyyəndir.

Kvant naviqasiyası qlobal səyahət

GPS-ə asılılığı azaldaraq, təyyarə və gəmilər üçün daha təhlükəsiz istiqamət tapma imkanı yaradacaq.

Fərdiləşdirilmiş toplu nəqliyyat marşrutlar

Tələbə əsaslanan avtobus xətləri sayəsində, 15–20 sərnişin tələbinə uyğun yeni marşrutlar bir neçə gün ərzində açılacaq.

Ev reklamları

Ağıllı soyuducular və ev ekranlarında reklamlar yayılacaq ki, bu da məxfiliklə bağlı müzakirələr yaradacaq.

Qanunsuz qum hasilatı

Qlobal bazarın dəyəri 200–350 milyard dollar arasında qiymətləndirilir. Ətraf mühitin zərər görməsi və cinayətlərin artması ehtimalı var.

Hökumətlərdə süni intellekt

İctimai idarəetmədə səmərəliliyi artıran süni intellekt texnologiyasının şəffaflıq və hesabatlılıq məsələləri müzakirə olunacaq.

Məlumat birlikləri

Vətəndaşların məlumatlarının kollektiv şəkildə idarə olunması texnologiya nəhənglərinə qarşı tarazlıq yaratmaq məqsədini daşıyacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar