“Molla Nəsrəddin” jurnalı Bakıda hərrac yolu ilə satışa çıxarılıb.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan original jurnal 1911-ci ildə çap olunub.
Qeyd olunur ki, jurnalda senzura tətbiq olunan karikaturalar var.
Sözügedən 8 səhifəli nadir jurnalın ilkin qiyməti 5 manatdır.
Hərrac zamanı hər artım da minimum 5 manat təşkil edir.