Ru
17:42 / 14 May 2026

Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - FOTO

Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik...  - FOTO
Eye

Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və yenilənmiş svetoforlar istifadəyə verilib.

Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar artıq istifadəyə verilib. Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkət növbəliliyi və piyadaların təhlükəsiz keçidi təmin olunub.

Qeyd edilib ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar