Ru
21:53 / 06 Yanvar 2026

Yaşar Gülərdən onlara ÇAĞIRIŞ...

Yaşar Gülərdən onlara ÇAĞIRIŞ...
Eye

Türkiyənin milli müdafiə naziri Yaşar Güler PKK və onunla əlaqəli bütün qruplaşmaların silahlarını şərtsiz olaraq təslim etməli olduqlarını bəyan edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə nazirlikdə keçirilən mərasimdə danışıb.

Y. Güler vurğulayıb ki, başda PKK, PYD, YPG və SDQ olmaqla, heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə başladılan “Terrorsuz Türkiyə” prosesinin uğurla davam etdiyini söyləyib. Nazir həmçinin silahlıların Suriya da daxil olmaqla bütün bölgələrdə fəaliyyətlərinə dərhal son qoymalı olduqlarını diqqətə çatdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar