Ru
22:17 / 06 Yanvar 2026

Maduronu 3 saata oğurlayan “Delta” Somalidə dəhşət yaşamışdı - FOTO

Maduronu 3 saata oğurlayan “Delta” Somalidə dəhşət yaşamışdı - FOTO
Eye

Venesuela Prezidenti Nikolas Maduronu bir neçə saat içində və bir itki belə vermədən Karakasda əsir alaraq, ABŞ-a aparandan sonra ABŞ ordusunun “Delta” qrupu yenidən gündəmə gəldi.

Bakupost.az xəbər verir ki, 1977-ci ilin noyabrında yaradılması haqda sərəncam verilən, 1978-ci ildə ABŞ ordusunun ən yaxşı əsgərlərindən formalaşdırılan və 1979-cu ildə İran inqilabı zamanı ilk əməliyyatını həyata keçirən bu qrupun “əfsanələşdirilməsi”nə qarşı bəziləri müəyyən faktlar ortaya qoyurlar. Bunlardan biri də 1993-cü ildəki Somali əməliyyatıdır.

Belə ki, ABŞ-ın ən elit xüsusi təyinatlıları olan “Delta” 1993-cü ildə Somali prezidentinin yardımçısını oğurlamaq üçün əməliyyat keçirir. Əməliyyatda “Delta” ifşa olunur, 19 nəfər itki verir, 70 nəfər yaralanır və qrupun sağ qalan, özünü itirmiş üzvləri Somalidəki BMT sülhməramlılarının içində xidmət edən Pakistan əsgərlərinə sığınırlar. Somali ordusunun əsgərləri yalnız bundan sonra atəşi dayandırır və Pakistanın qoruması altına girən ABŞ xüsusi təyinatlıları xilas olur.

Asena,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar