Ru
10:42 / 11 İyun 2026

2036-cı ildə uğurlu iqtisadiyyat hansı göstəricilərlə ölçüləcək? - Açıqlandı

2036-cı ildə uğurlu iqtisadiyyat hansı göstəricilərlə ölçüləcək? - Açıqlandı
Eye

"SOCAR nümunəsində biz yaxşı bir transformasiya modelini görürük. Əvvəllər daha çox xarici dəstəyə və resurslara arxalanan şirkət bu gün artıq regional və qlobal dəyər zəncirinin fəal iştirakçısına çevrilib".

Bakupost.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda “Technovation” forumunda çıxışı zamanı bildirib.

"SOCAR hazırda Azərbaycanda olduğu kimi Gürcüstanda, Türkiyədə və Avropanın bir sıra ölkələrində, o cümlədən İtaliyada da fəaliyyət göstərir və müxtəlif dəyər zəncirlərinə inteqrasiya olunub.

Ən önəmlisi isə odur ki, şirkət tədricən yalnız məhsul və resurs ixrac edən bir qurumdan, eyni zamanda bilik və bacarıq ixrac edən şirkətə çevrilir. Bu, iqtisadi inkişaf baxımından çox mühüm bir mərhələdir.

Mən hesab edirəm ki, iqtisadi inkişafın əsas göstəricilərindən biri də ölkənin insan kapitalında mövcud olan bacarıqları nə dərəcədə formalaşdıra və beynəlxalq səviyyəyə ixrac edə bilməsidir.

Bu baxımdan SOCAR-ın inkişafı mühüm nümunədir.

Əsas sual budur: biz necə bir iqtisadiyyat yaratmaq istəyirik və bu məqsədə necə nail olacağıq?

Əgər 10–15 il sonrasına baxsaq, məsələn 2036-cı ilə, hansı göstəricilər bizə göstərəcək ki, iqtisadi inkişaf strategiyamız uğurlu olub? Hansı nəticələr bizi inandıracaq ki, biz həqiqətən dayanıqlı, rəqabətqabiliyyətli və güclü iqtisadiyyat qurmuşuq?".

Aygün. M



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar