Ru
17:49 / 28 İyul 2025

23 yüksək vəzifəli məmura qarşı sui-qəsd... - Kəşfiyyatdan sensasion detallar

23 yüksək vəzifəli məmura qarşı sui-qəsd...  - Kəşfiyyatdan sensasion detallar
Eye

İran xüsusi xidmət orqanları İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli məmura qarşı sui-qəsd cəhdlərinin qarşısını alıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, aparılan əməliyyatlar zamanı müharibədən əvvəlki aylarda 35 dövlət məmurunun, o cümlədən hərbi rəhbərlərin aradan götürülməsini hədəfləyən daha 13 analoji sui-qəsd planı aşkar edilərək zərərsizləşdirilib.

“Ölkənin cənub-şərq sərhədinə yaxın ərazilərdə yerləşdirilmiş və İran ərazisinə soxulmağa hazırlaşan 300 xarici terrorçunun yeri müəyyənləşdirilib, həmçinin onların sonrakı planlarının qarşısı alınıb”, – sənəddə deyilir.

Agentliyin məlumatına görə, həmçinin Suriyada da İslam Respublikasına hücum etməyi planlaşdıran 150 nəfərlik radikal qrup aşkarlanıb. Bildirilir ki, “Mossad” iranlı müxaliflərin köməyi ilə İsrailin “Evin” həbsxanasına endirdiyi zərbədən sonra Tehranda kütləvi iğtişaşlar təşkil etməyi planlaşdırırmış.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar