Ru
15:52 / 07 Noyabr 2025

800-ə yaxın meyit qalığı çıxarılıb – Baş prokuror

800-ə yaxın meyit qalığı çıxarılıb  – Baş prokuror
Eye

İtkin düşmüş soydaşlarımızın yaxın qohumlarından on bir mindən artıq bioloji nümunə toplanılmaqla müvafiq genetik laboratoriyada sistemləşdirilib.

Bakupsot.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev rəsmi mətbuata müsahibəsində deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanan 29 kütləvi məzarlıqdan təxminən 800-ə yaxın meyit qalığı çıxarılaraq ekspertizaya göndərilib. Məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 203 nəfərin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn olunub.

Baş prokuror qeyd edib ki, itkin kimi qeydiyyata alınan 3990 nəfərdən 3 min 984 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 44 günlük Vətən müharibəsində itkin düşüb. Onlardan 3 min 211 nəfəri hərbçi, 779 nəfəri isə mülki şəxsdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar