Ağsuda 31 yaşlı kişi qətlə yetirilib.
Bakupost.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Çiyni kəndi ərazisində baş verib.
Məlumata görə, kənddə yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə öldürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.