Ru
18:56 / 09 Fevral 2026

45 kənddə qaz kəsiləcək - SƏBƏB

45 kənddə qaz kəsiləcək - SƏBƏB
Eye

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz təchizatında fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq 10.02.2026-cı il saat 09:30-dan etibarən işlər başa çatanadək “Qarasu” QPS-dən Sabirabad rayonunun 16 kəndində - Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (7298 abonent), Hacıqabul rayonunun 12 kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talış binalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3322 abonent), həmçinin “Nərimankənd” QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və 17 kəndində - Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar