Gəncə şəhəri ərazisində 61 yaşlı kişi çay dərəsinə yıxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20 metr hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN xilasediciləri tərəfindən qurtarılan yaralı vətəndaş xəstəxanaya aparılıb.