AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Birliyi (AB) investisiyaların cəlbinə dəstək göstərərək, texniki yardım təqdim edərək və Ermənistanın da iştirak etdiyi çoxtərəfli dialoqları təşviq edərək, Zəngəzur dəhlizini ümumi dəyərə çevirməkdə mühüm rol oynaya bilər.
Bakupost.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində italiyalı politoloq Salvator Santajelo bildirib.
Onun sözlərinə görə, inklüziv layihələri irəli çəkməklə AB dəhlizin regional inkişaf və əməkdaşlıq platformasına çevrilməsinə yardım edə bilər:
“Zəngəzur dəhlizinin uğurlu işə düşməsi və daha geniş sülh təşəbbüslərinin reallaşması digər beynəlxalq oyunçuların Cənubi Qafqaza marağını artıra bilər. Region sabitləşdikcə və iqtisadi imkanlar genişləndikcə, ABŞ, AB-yə üzv dövlətlər və hətta Asiya ölkələri investisiya və əməkdaşlıqda maraqlı ola bilər. Bu da regionun qlobal siyasətdə və iqtisadiyyatda əhəmiyyətini möhkəmləndirəcək”.