Dünya bazarında neftin qiyməti ucuzlaşıb. ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı gözləntilər qiymətlərə aşağı istiqamətdə təsir göstərir.
“Bakupost” xəbər verir ki,“Brent” markalı neftin bir bareli 103,34 dollara, “WTI” markalı neft isə 95,56 dollara düşüb. Qiymətlər müvafiq olaraq 0,25 və 0,55 faiz azalıb.
ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğu barədə məlumatlar neftin ucuzlaşmasına səbəb olub. Bununla belə, tərəflər arasında yekun razılaşma əldə olunmayıb.
Digər tərəfdən, Amerika Neft İnstitutunun ilkin məlumatına görə, oktyabrın 30-da başa çatan həftədə ABŞ-nin xam neft ehtiyatları 5,27 milyon barel azalıb. Analitiklər isə ehtiyatların 880 min barel artacağını gözləyirdilər.
Vüsalə Hüseynova,
BakuPost
Sü