Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədi. Uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yol salınanlar sırasında oldu.
BakuPost xəbər verir ki, Gununsesi.info-ya açıqlamasında Abid Şərifov ölkə başçısının sərəncamını şərh edib:
”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə can sağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb”.