Ru
06:04 / 29 Oktyabr 2025

ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayır

 ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayır
Eye

Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək.


Bakupost.az xəbər verir ki, bu barədə "Report"un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət qurumundan qeyd olunub ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir: "ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün ilk dəfə olaraq ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əsasını qoyacaq".

Qeyd edək ki, ABŞ hökuməti həmçinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar