Ru
17:13 / 10 Oktyabr 2026

ABŞ-da kütləvi atışma: Hamilə qadın və uşaqlar daxil olmaqla doqquz nəfər öldü

ABŞ-da kütləvi atışma: Hamilə qadın və uşaqlar daxil olmaqla doqquz nəfər öldü
Eye

Amerika Birləşmiş Ştatlarında baş verən silahlı insident nəticəsində aralarında hamilə qadın və iki uşağın da olduğu doqquz nəfər qətlə yetirilib.


"Bakupost" xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Hadisə oktyabrın 9-da Pensilvaniya ştatında qeydə alınıb. Naməlum şəxs ətrafa atəş açdıqdan sonra binada barrikada qurub və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmaya girib.

"Silahlı şəxslə qurbanlar arasında hansısa əlaqənin olub-olmadığı hələ aydınlaşdırılmayıb. Qətlin motivi məlum deyil. Həlak olanlara hörmət əlaməti olaraq onların ölümünün dəqiq təfərrüatı ictimaiyyətə açıqlanmır", - deyə polis rəisi bildirib.

ABŞ kütləvi informasiya vasitələrinin məlumatına əsasən, cinayəti törədən şəxs atışma nəticəsində ölüb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar