ABŞ, Venesueladan neft daşınmasında iştirak edən tankerlərə qarşı həyata keçirilən əməliyyat çərçivəsində, “Olina” gəmisini ələ keçirib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, tanker Şərqi Timor bayrağı altında üzürmüş. Məluamat görə onun qeydiyyat nömrəsi dünən həbs olunan “Minerva M” tankeri ilə eyni olub. “Kölgə donanması”na aid olduğu üçün 2025-ci ilin yanvarında ABŞ-ın “qara siyahısı”na salınan “Olina” sanksiyalardan yayınmaqla Rusiya neftinin daşınması ilə məşğul olurdu.
“Vanguard” xəbər verir ki, tanker ən son məlumatını 52 gün əvvəl, noyabr ayının ortasında, Venesuela sahillərinə yaxın bölgədə verib.
Bu əməliyyat, ABŞ tərəfindən Venesueladan neft daşımalarında iştirak edən tankerlərə qarşı beşinci ələ keçirmədir. “Kölgə donanması”na aid tankerlər Venesuelanın neft ixracının təxminən 70%-ni təşkil edir. Əvvəl ABŞ Rusiya şirkətinə məxsus “Bella 1” adlı tankerini ələ keçirmişdi.
Hadisə Moskva ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib. Rusiya ABŞ‑ın bu addımını beynəlxalq dəniz hüququnun pozulması kimi pisləyib və bu cür əməliyyatların regional gərginliyi artıracağı barədə xəbərdarlıq edib.
ABŞ-ın əməliyyatı, Venesueladan neft axınını və kölgə donanmasının fəaliyyətini nəzarət altında saxlamaq, eləcə də Rusiyanın sanksiyaları aşaraq neft ticarətinə çıxışını məhdudlaşdırmaq məqsədini daşıyır.
Bu tankerlərin tutulması, ABŞ‑ın sanksiyalar siyasəti və dünya enerji bazarlarına nəzarət strategiyası baxımından mühüm məqam sayılır.
Cavid, BakuPost