Ru
07:00 / 10 Aprel 2026

ABŞ-də inanılmaz: Azərbaycanlı dövlətdən 90 milyon mənimsədi

ABŞ-də inanılmaz: Azərbaycanlı dövlətdən 90 milyon mənimsədi
Eye

ABŞ-da inanılmaz dələduzluq sxemi ortaya çıxıb. Belə ki, Anar Rüstəmov adlı həmyerlimiz saxta tibbi şirkət quraraq dövlətin “Medicare” proqramından təxminən 90 milyon dollar mənimsəyib.

Bakupost.az xəbər verir ki, bu barədə xaricdə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli qeyd edib.

Onun sözlərinə görə, hazırda ABŞ hüquq-mühafizə orqanları A.Rüstəmovun axtarışlarına başlayıb:

"Kağız üzərində xəstələr var idi, amma reallıqda yox idi. Tibbi avadanlıqlar göstərilib, amma heç vaxt çatdırılmayıb. Həkimlərin adından istifadə olunub, amma onların bundan xəbəri olmayıb.

İstintaqa görə, bütün sistem elə qurulub ki, mümkün qədər çox pul aşkarlanmadan əvvəl çıxarılsın. Hazırda əsas şübhəli qaçıb və axtarışdadır. Bu hadisə bir şeyi göstərir: sistem nə qədər böyük olsa da, boşluq varsa, onu kimsə mütləq istifadə edir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar