Ru
18:00 / 31 İyul 2026

ABŞ Federal Rabitə Komissiyası

ABŞ Federal Rabitə Komissiyası
Eye

ABŞ Federal Rabitə Komissiyası (FCC) xarici ölkələrdə istehsal olunan insana bənzəyən robotları və bəzi digər robot texnologiyalarını milli təhlükəsizlik riski hesab edib.

“Bakupost” xəbər verir ki, bununla bağlı FCC məlumat yayıb.

Qərara əsasən, ABŞ-də satışına və bazara çıxarılmasına icazə verilməyəcək xarici mənşəli məhsullar siyahısına insana bənzəyən və dördayaqlı robotlar, eləcə də şəbəkələrə inteqrasiya olunan enerji invertorları əlavə edilib.

Bildirilib ki, Ağ Evin təşəbbüsü ilə yaradılan ekspert qrupu bu cihazların istehsal olunduğu ölkədən asılı olmayaraq, ABŞ-nin milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaratdığı qənaətinə gəlib.

Qeyd edək ki, son illərdə süni intellekt və robot texnologiyalarının sürətli inkişafı bir çox ölkələrdə onların təhlükəsizlik baxımından yaratdığı risklərlə bağlı müzakirələri gücləndirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar