Ru
15:00 / 24 Aprel 2026

ABŞ hücum edərsə, bu ölkəni vuracağıq - İran

ABŞ hücum edərsə, bu ölkəni vuracağıq - İran
Eye

ABŞ İranın neft quyularına zərbə endirərsə, İran daha böyük güclə cavab verəcək.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri İranın vitse-prezidenti Esmail Saqab Esfahani bildirib.

Esfahani qeyd edib ki, İran ilk növbədə ərazisindən zərbə endirilən ölkənin hədəflərinə zərbə endirəcək.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar