Ru
15:46 / 24 Aprel 2026

Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi

Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
Eye

Baş nazir Əli Əsədov Azərbaycandakı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar