Ru
14:51 / 24 Aprel 2026

Borcunun dalınca Çindən Bakıya gəldi, Faiqi yenə tapa bilmədi

Borcunun dalınca Çindən Bakıya gəldi, Faiqi yenə tapa bilmədi
Eye

Xəbər verdiyimiz kimi, Çində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs Faiq adlı azərbaycanlı tərəfindən aldadıldığını iddia edib.

O bildirib ki, Faiq təxminən il yarım əvvəl ondan 7 min ABŞ dolları borc alıb, lakin pulu geri qaytarmayaraq yoxa çıxıb.

İş adamı bu günlərdə borcunu geri almaq üçün Bakıya gəlib. Ancaq istəyinə nail ola bilməyib.


Bakupost.az-ın əldə etdiyi son məlumata görə, zərərçəkmişin Faiq deyə təqdim etdiyi şəxsin soyadı Əliyevdir.


Onun bir müddət əvvəl ölkəni tərk edtiyi bildirilir.

Hazırda aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.


Lalə,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar