Əgər siyasət gücə endirilərsə, nəticə bu gün gördüyümüz dünyadır; xaos, zülm, ədalətsizlik və piratçılıq. Milli dəyərlərimizdə və dini dünyagörüşümüzdə qeyri-etik güc boşdur.
Bakupost.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian X sosial media hesabında ABŞ administrasiyasının "güc siyasətini" tənqid edərkən bildirib.
"Bu gün İran etik və məsuliyyətli gücü, düşmənləri isə ehtiyatsız və nəzarətsiz gücü təmsil edir",- Pezeşkian əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran da daxil olmaqla müxtəlif ölkələrə qarşı hücumlarını və təzyiqlərini "güc vasitəsilə sülh" siyasəti kimi müəyyən edir.