Ru
23:18 / 25 Aprel 2019

ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd etdi

1880
ABŞ İranın məhbusların dəyişdirilməsi
ilə bağlı təklifini rədd edib.

 

BakuPost.az "Report”a istinadən  xəbər verir
ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.

 

 

O bildirib ki, ölkəsinin Xarici işlər
naziri Məhəmməd Cavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı
təklifi ciddi və əhəmiyyətlidir: "ABŞ-ın məsul şəxslərinin bu təklifə təpgisi
onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.

 

 

S.A.Musəvi əlavə edib ki, M.Zərif
cinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ Evin bu ölkəyə
qarşı tətbiq etdiyi sanksiyalardan sonra müxtəlif dövlətlərdə tutulan İslam
Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.

 

 

 

 

Qeyd edək ki, M.Zərif Ağ Ev rəhbərliyinə
İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam
Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: "Tutulanların
dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim
də var”.

 

 
  Nyu-York-Asiya dərnəyində çıxış edən
M.Zərif bu təklifi 6 ay əvvəl irəli sürdüklərini, ancaq Donald Tramp
Administrasiyasından bir cavab almadıqlarını bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər