Ru
12:53 / 24 Fevral 2026

ABŞ-nin ən bahalı gəmisində kanalizasiya problemi – VİDEO

ABŞ-nin ən bahalı gəmisində kanalizasiya problemi – VİDEO
Eye

ABŞ donanmasının ən bahalı avialayneri “USS Gerald R. Ford” İran sahillərinə yaxınlaşarkən ciddi texniki problemlə üzləşib. Gəmidə kanalizasiya sistemi pozulduğundan ekipaj üzvləri ciddi çətinlikləri ilə qarşılaşıblar.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki. 13 milyard dollar dəyərində olan təyyarədaşıyan 4600-dən çox ekipaj üzvü ilə bölgəyə göndərilmişdi. Lakin gəminin içindəki tualet sistemlərinin işləməməsi səbəbindən uzun növbələr yaranıb. Dənizdə bu problemi təmir etmək mümkün olmayıb. Təyyarədaşıyan dərhal limana daxil olmaq üçün icazə gözləyir.



Məsələ ABŞ hərbi rəhbərliyi üçün də ciddi problem yaratmaqda davam edir, çünki bölgədə potensial İranla hərbi əməliyyat planları nəzərdən keçirilir. Ekspertlər bildirirlər ki, gəmidəki sanitar problemləri operativ hazırlıq və əhval ruhiyyə üçün təhlükə yarada bilər:

“Bu problem təyyarədaşıyan gəmi üçün təkcə texniki deyil, həm də ekipajın fəaliyyət qabiliyyətinə təsir edir. Gəmi limana daxil olmasa vəziyyət kritik ola bilər,” – deyə hərbi mənbə bildirib.



Hazırda “USS Gerald R. Ford” ekipajın təhlükəsizliyini təmin etmək və texniki problemləri aradan qaldırmaq məqsədilə Yunanıstan limanına yönləndirilir. ABŞ hərbi dairələri təyyarədaşıyanın regiondakı fəaliyyətini davam etdirməzdən əvvəl sanitar sistemin bərpası və ekipajın sağlamlığı məsələsini həll etməyə çalışır.

Bu vəziyyət, ABŞ-ın İranla potensial gərginlik şəraitində hərbi əməliyyat planları üçün də gözlənilməz çətinliklər yaradır. Ekspertlər qeyd edir ki, belə texniki nasazlıqlar strateji planlamada ciddi maneələr yarada bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar