ABŞ danışıqların bərpasından əvvəl İranın nüvə obyektlərinə zərbələrin endirilməsi nəticəsində dəymiş ziyanı ödəməlidir.
Bakupost.az ISNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “The Financial Times”a müsahibəsində bildirib.
"İran Birləşmiş Ştatlarla danışıqlara yalnız ABŞ-nin müharibə nəticəsində dəymiş ziyanı ödəyəcəyi, belə hücumların təkrarlanmayacağına zəmanət verəcəyi və uran zənginləşdirmə hüququnu tanıyacağı təqdirdə başlayacaq. Yeganə çıxış yolu danışıqlardır və İran sülhə sadiqdir, lakin təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcək", - o qeyd edib.
XİN başçısının sözlərinə görə, 12 günlük münaqişə zamanı və ondan sonra o, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofla danışıb. Danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı uzun illər davam edən qarşıdurmaya son qoymaq üçün qarşılıqlı faydalı həll yolunun tapılması məsələsi müzakirə edilib.
"Danışıqlara başlayacağımız halda qarşı tərəfin həqiqətən də qarşılıqlı faydalı razılaşmaya nail olmaq niyyətində olduğuna öz rəhbərliyimi inandırmalıyam", - o əlavə edib.
İştah-nəfs güc sahibi Quldar və Feodallardan sonrakı arada Cəmiyyətləri Dini etiqad da Ədalət divanı ilə rəhbərlik edib! Siyasət isə insan-vətəndaş və Cəmi hüquqların nizamçısı İran rəhbərliyində hamısı təmsil olunub! Deməli, İran daxilində mülayim vicdani azadlıq, xaricində isə rəsmi Çağırış olmadan İsrail,ya digər ölkəyə, dövlətə təcavüz də ən azı Küfrdür? Eləcə də, İrana qarşı və digər ölkə-dövlətlərə qarşı hər hansı, xüsusilə hərbi təcavüz BMTnin neytral ölkə nümayəndərindən təşkil olunmuş Ədalət Məhkəməsi tərəfindən Beynəlxalq Cinayət kimi ciddi mühakimə olunmalıdır? Digər münasibətlə beynəlxalq düzəni, ya nizamı necə bərqərar etmək olar?