Ru
10:55 / 03 Yanvar 2026

ABŞ Venesuelaya hücuma başladı – Paytaxt BOMBALANDI – VİDEO

ABŞ Venesuelaya hücuma başladı – Paytaxt BOMBALANDI – VİDEO
Eye

ABŞ Venesuelaya qarşı hücum əməliyyatlarına başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Xarici KİV-lərin yazdığına görə, paytaxt Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
Üstəlik, Karakasda ardıcıl partlayışlar qeydə alınıb. Bundan əlavə, şəhər səmasında ABŞ ordusuna məxsus “CH-47 Chinook” helikopterlərinin uçuşu müşahidə olunur. Hələlik nə ABŞ, nə də Venesueladan hücumla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, ABŞ ordusu bir neçə aydır Venesuela sahillərində narkotik daşıyan gəmilərə ardıcıl zərbələr endirir.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Venesuelanı hücum əməliyyatları ilə təhdid edib.(Bizim.Media)

"


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar