Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də özünə dəbdəbəli və bahalı mənzil alıb.
Söhbət “Baccarat Residences in Downtown Dubai” (və ya “Baccarat Hotel & Residences Dubai”) yaşayış-otel kompleksində 67 milyon dirhəmə alınan mənzildən gedir. 67 milyon dirhəm - 31 milyon manat və ya 18 milyon dollar.
İki qülləli bina otel və yaşayış kompleksindən ibarətdir.
Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu otel yerləşir.
“Residences” hissəsi də, adından məlum olduğu kimi, yaşayış kompleksidir - premium mənzillər və penthauslar.
Bura iki prizmatik (şüşə fasadlı) qüllədən ibarət ultra-lüks rezidensdir, 48 mərtəbədir. “Sheikh Zayed Road” yaxınlığındadır, “Business Bay”, DIFC, “Burj Khalifa”, “Dubai Mall”, “Dubai Opera” kimi ticarət, biznes və mədəniyyət mərkəzlərinə nəqli baxımdan əlçatandır. Bölgəyə əlaqələndirilmiş əsas yol şəbəkələri (“Sheikh Zayed Road” kimi) avtomobillə hava limanına təxminən 15-20 dəqiqədir.
Həmin kompleksdə mənzillərin qiyməti aşağıdakı kimidir:
İki otaqlı mənzil - 18-22 milyon dirhəm
Üç otaqlı mənzil - 27-28 milyon dirhəmDörd - otaqlı mənzil - 45-47 milyon dirhəm
Beş otaqlı mənzil – 65-76 milyon dirhəm
Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində beş otaqlı mənzilin sahibi olub.
“Baccarat Hotel & Residences Dubai” çəkici edən həm də mənzərəsidir. Penthauslarda və yüksək mərtəbələrdə panoramik mənzərələr: “Burj Khalifa”, “Dubai Fountain”, “Business Bay”, DIFC, “Dubai Mall”, “Dubai Opera” və sair.
“Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır.
Bu adam məmur deyil, iş adamıdır. Bunun oğurluğu korrupsiya deyil. Neft dövlətin sərvətidir. Üzürlü sayın, səhv yazdım, hökümətin sərvətidir. Bu iş adamı kimdən oğurlayıb? Xalqdan, dövlətdən ya hökümətdən, anlaya bilmirəm. Dövlətdən oğurlayıbsa Dövlət neft şirkəti nəyə lazımdır? Xalqdan oğurlayıbsa, neft xalqındır ki? Çaşbaş qalmışam.. Nə isə...
Kasıb insanların puludu o bu isdədiyi kimi yeyir kasıbları qul kimi az puldan işlədin kasıb evin ayləsin dolandırmağa məcburdu az məbləğdən işləməyə sizdə neftin pularınan gedin başqa ölkələrdə mülklər alıb burnuvuzdan gəlsin qusasınız qansızlar yaşadın öz kasıb milətinizi ac gözlər gözünüz doysun Allaha tapşıram milət pis gündə yaşayıb kef çəkib kasıb hər günde pulsuzluğu problemi çəkir burnuvuzdan irin qan olub tökülsün iş yerləri açın ayda iki min pul verin milət rahat yaşasın öləndə adam kimi rahat ölün o dünyada əzab çəkməyin kasıblarıda yaşadın Allaha xoş getsin qorxunuz olsun
Allah bizədə qismət eləsin
Hə nolsun ki? İndi o pullar geri dönəcəkmi? Onnan yaz sən