Ru
18:02 / 03 May 2021

ADY bu il tranzit yük daşımalarını artırdı

1413
2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 769 min ton yük daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 % çoxdur.

Bakupost.az bu barədə QSC-nin hesabatına istinadən xəbər verir.

Məlumata görə, yük daşımalarının 1 milyon 901 min tonu və yaxud 50,4 %-i beynəlxalq (idxal-ixrac) daşımalar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Hesabat dövründə tranzit yük daşımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 % artaraq 1 milyon 285 min ton təşkil edib. Daxili yük daşımaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 % azalaraq 582 min ton təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər