Yaponiyanın “Genkai” adlı atom elektrik stansiyasının üzərində naməlum pilotsuz uçuş aparatları (dronlar) qeydə alınıb.
Bakupost.az xəbər verir ki, hadisə qapalı hava məkanında baş verib və dərhal təhlükəsizlik qurumları hərəkətə keçib.
Yapon mediasının məlumatına görə, üç dron AES üzərində görüntüləndikdən sonra qəfil yoxa çıxıb və nə stansiya ərazisində, nə də yaxın ətrafda aşkar edilib.
Rəsmilər bildiriblər ki, insidentə baxmayaraq, stansiyanın fəaliyyətində heç bir nasazlıq, radiasiya sızması və ya təhlükə aşkarlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır və dronların mənşəyi müəyyən edilməyə çalışılır.
Təhlükəsizlik ekspertləri hesab edirlər ki, belə halların artması fonunda Yaponiyanın kritik infrastrukturuna qarşı texnoloji casusluq və ya təxribat ehtimalı da nəzərdən keçirilməlidir.