Ru
12:15 / 27 İyul 2025

ÇAXAL Qəzzanın bu ərazilərində taktiki fasilə elan etdi

ÇAXAL Qəzzanın bu ərazilərində taktiki fasilə elan etdi
Eye

İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağının bəzi rayonlarında humanitar məqsədlə hərbi əməliyyatlarda Bakı vaxtı ilə saat 11:00-dən 21:00-dək gündəlik taktiki fasilə elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə ÇAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fasilə ÇAXAL-ın əməliyyat keçirmədiyi rayonlarda - Əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhərində növbəti bildirişə qədər qüvvədə olacaq.

Həmçinin Qəzza zolağı vasitəsilə əhaliyə ərzaq və dərman çatdıran, eləcə də paylayan BMT və digər humanitar təşkilatların karvanlarının təhlükəsiz keçidini təmin etmək üçün müəyyən təhlükəsiz marşrutlar fəaliyyət göstərəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar