Ru
14:08 / 27 İyul 2025

Polad Həşimovun doğum şəhadətnaməsi yayıldı: Bir ölər, min dirilərik... - Foto

Polad Həşimovun doğum şəhadətnaməsi yayıldı: Bir ölər, min dirilərik... - Foto
Eye

Sosial şəbəkələrdə yayılan doğum haqqında şəhadətnamənin fotosu diqqət çəkib.

Bakupost.az xəbər verir ki, şəhadətnaməni ön plana çıxaran məqam isə yeni doğulan körpənin adının Həşimov Polad olmasıdır.

Bu ilin iyunun 23-də dünyaya gələn körpənin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla adaş olması maraqla qarşılanıb.

Və bir çoxunun beynində eyni fikir yaranıb: Bir ölər, min dirilərik...

Qeyd edək ki, Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci il tarixdə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid general-mayor ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar