Ru
14:19 / 27 İyul 2025

Hikmət Hacıyev İranın adı açıqlanmayan rəsmisi ilə danışdı...

Hikmət Hacıyev İranın adı açıqlanmayan rəsmisi ilə danışdı...
Eye

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə katibinin müavini ilə (adı açıqlanmayıb - red.) telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

“Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin səviyyəsinin yüksəldilməsi və iki qonşu ölkənin prezidentləri arasında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsini vurğulayıblar.

Tərəflər həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Əli Əkbər Əhmədianın Azərbaycan Respublikasında təhsil alan iranlı tələbələrin probleminin həlli məqsədi ilə Bakıya səfəri ilə bağlı razılaşmaların davam etdirilməsi barədə qərar qəbul ediblər”, - “Mehr” yazıb.

İran agentliyi həmçinin bildirib ki, Hikmət Hacıyev “telefon danışığında İranın yüksək səviyyəli hərbi komandirləri, nüvə alimləri və mülki şəxslərin şəhid olması ilə nəticələnən İsrailin İran ərazilərinə təcavüzü pisləyib”.

Qeyd edək ki, telefon danışığı barədə Azərbaycan tərəfdən rəsmi məlumat yayılmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar