Ru
11:59 / 27 İyul 2025

Bu istiqamətə reyslər açıldı

Bu istiqamətə reyslər açıldı
Eye

Təbriz-Bakı aviareysi açılıb.

Bakupost.az bu barədə "Azad İran" Teleqram kanalına istinadla xəbər verir.

"Təbriz-Bakı və əks istiqamətdə uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə olunub.

Bu gündən uçuş cədvəlinə əlavə edilən yeni reys İran və Azərbaycan arasında hava əlaqələrini gücləndirəcək və sərnişinlər üçün bölgənin bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq.

Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan Respublikası arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında önəmli rol oynaya bilər", - deyə Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının rəhbəri bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar