İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.
Bakupost.az xəbər verir ki, hadisə zamanı ağır xəsarətlər alan 25 yaşlı qadın iki aydan artıq müddət ərzində Bakıdakı xəstəxanalardan birində müalicə alırdı. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, ruhi xəstə olduğu bildirilən 31 yaşlı Kainat Namazov bacısı Aliyə Namazova və anası 55 yaşlı Sevinc Həsənovaya balta ilə xəsarət yetirib. Ardınca isə yaşadıqları evi yandırıb.
Anası Sevinc Həsənova hadisə yerində həyatını itirmişdi.
Faktla bağlı araşdırma davam etdirilir.