Ru
16:09 / 26 Dekabr 2025

AFFA baş məşqçini cəzalandırdı – Söyüş Sxadadzeyə baha başa gəldi

AFFA baş məşqçini cəzalandırdı – Söyüş Sxadadzeyə baha başa gəldi
Eye

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadazeni cəzalandırıb.

Bakupost.az xəbər verir ki, buna səbəb gürcüstanlı mütəxəssisin Misli Premyer Liqasında 16-cı turunda “Qarabağ”la oyundakı davranışı olub.

Sxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya olunub, klubunu isə 10 min manat xərcə salıb.

Görüşdə heyətində 4 nəfər sarı vərəqə aldığından, “Qəbələ” 700 manat cərimə ilə üzləşib. Bundan başqa, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimələnib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar