Ağ Ev İrandakı hadisələrin necə inkişaf edə biləcəyi ilə bağlı üç mümkün ssenari görür.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” (VP) qəzetinin köşə yazarı Devid İqnatius ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat verib.
Məqalə müəllifinin fikrincə, birinci ssenari İran hökumətinin devrilməsini nəzərdə tutur:
“Ağ Ev rəsmiləri hesab edirlər ki, bu ssenari hərbi əməliyyatların bərpası zamanı deyil, atəşkəs dövründə daha çox ehtimal olunur”.
İkinci seçim İranda yeni Ali Liderin yüksəlişini əhatə edir:
“Mümkün namizədlər arasında ABŞ Parlamentin sədri Məhəmməd Bağır Qalibafı nəzərdən keçirir”.
Üçüncü ssenari İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının sərt reaksiyasını nəzərdə tutur:
“Onlar Hörmüz boğazının blokadasını pozmağa və ya Vaşinqtonu güzəştə getməyə məcbur etmək üçün başqa zərbələr endirməyə cəhd edə bilərlər”.