Ru
21:35 / 14 Avqust 2025

Ağdərənin bu kəndlərinə ilk dəfə köç olacaq

Ağdərənin bu kəndlərinə ilk dəfə köç olacaq
Eye

Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə ilk dəfə köç həyata keçiriləcək.

Bakupost.az xəbər verir ki, sabah bu kəndlərə 48 ailə ailə olmaqla 172 nəfər köçürüləcək.

Kolatağ kəndinə 26 ailə olmaqla 89 nəfərdən ibarət köç karvanı yola salınacaq.

Onlar Ağdam, Bərdə, Ağcabədi, Göygöl, Tərtər, Oğuz, Qəbələ rayonları və Bakı şəhərində məskunlaşmışdılar.

Vəngli kəndinə isə 22 ailə olmaqla 83 nəfər köçürüləcək. Onlar Kürdəmir, Qax, Füzuli, Oğuz, Ağdam raonları, həmçinin Sumqayıt və Bakı şəhərlərində məskunlaşmışdılar.

Köçürüləcək ailələri məskunlaşdıqları ərazidən yerli icra qurumlarının nümayəndələri yola salacaqlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar