Ru
22:20 / 14 Avqust 2025

Putinlə görüşümüz 75 faiz uğurlu olacaq - Tramp

Putinlə görüşümüz 75 faiz uğurlu olacaq - Tramp
Eye

ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçiriləcək görüşün uğurlu olma ehtimalını 75 faiz qiymətləndirib.


Bakupost.az xəbər verir ki, o, bunu “Fox News” radiosuna müsahibəsində deyib.


Aparıcı Trampdan Putinlə danışıqlardan sonra görüşün buna dəyməyəcəyi qənaətinə gəlmək şanslarını qiymətləndirməsini istəyib. Tramp belə bir ssenarinin baş vermə ehtimalının 25 faiz olduğunu bildirib:

"Bu, şahmat oyununa bənzəyir. Bu görüş ikinci görüşə hazırlıqdır. Amma bu görüşün uğurlu alınmaması ehtimalı 25 faizdir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar