Ru
23:42 / 14 Avqust 2025

İsrail Qəzzada sülh üçün şərtlərini açıqladı

İsrail Qəzzada sülh üçün şərtlərini açıqladı
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada sülh üçün beş əsas prinsipi açıqlayıb.

Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, bu beş prinsip İsrailin təhlükəsizliyini təmin edəcək.

"HƏMAS-ın tam tərksilahı, bütün girovların qaytarılması, Qəzza zolağının tam silahsızlaşdırılması, İsrailin bölgədəki təhlükəsizliyə nəzarəti, Qəzza zolağında alternativ mülki administrasiyanın yaradılması. İsrail bunların həyata keçirilməsi üzərində işləyir və hamının bunu anlamasının vaxtı çatıb", - deyə Netanyahu bildirib.

O, həmçinin qeyd edib ki, bir həftə əvvəl hökumət müharibəyə son qoymaq üçün beş əsas prinsipi təsdiqləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar