Suriyanın şimal-qərbində, İdlib şəhərinin yaxınlığında sursat anbarında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Ölkənin fövqəladə hallar naziri Raed əl-Saleh X hesabında bildirib ki, ölənlərdən ikisi uşaqdır.
Partlayışın səbəbi açıqlanmayıb.