Ru
23:16 / 14 İyul 2017

Azərbaycanda benzinin qiyməti artdı - 20 qəpik/YENİLƏNİB

Azərbaycanda benzinin qiyməti artdı -  20 qəpik/YENİLƏNİB
Eye


Azərbaycanda bu gun saat 00:00-dan etibarən Aİ 92 markalı benzinin qiyməti 20 qəpik artaraq 90 qəpik olacaq.


 

Bu barədə BakuPost.az-a yanacaq doldurma məntəqələrindən birinin rəhbəri məlumat verib. Bildirib ki, dizel yanacağının da qiyməti qalxacaq.

  

Lakin onun qiymətinin nə qədər artacağı bildirilməyib.

 

***

Tarif Şurası da benzinin qiymətinin artırıldığı ilə bağlı açıqlama yayıb.

 


Tarif şurasından BakuPost.az-a daxil olan məlumata görə, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılmışdır.



Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilmişdir. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

 

***

22:55

 

Aİ 92 markalı benzinin və mazutun qiymətləri qalxa bilər.



BakuPost.az xəbər verir ki, Musavat.com-un müxbiri şəhərdə və sosial şəbəkələrdə dolaşan bu söylənişi dəqiqləşdirmək üçün bir neçə YDM -ə baş çəkib. Orada işləyən əməkdaşlar müxbirimzə deyiblər ki, onlara bu gecə saat 24-dən sonra Aİ 92 markalı benzinin qiymətini qaldırmaq tapşırığı gəlib. YDM işçiləri ümid edirlər ki, bu baş versə, onların maaşları da qalxar. Lakin məlum məsələdir ki, on minlərlə avtomobil istifadəçisi belə bir bahalaşmadan məmnun olmayacaq.



Gec olduğu üçün bu xəbəri hazırlayarkən rəsmi qurumlardan münasibət ala bilmədik. Lakin yenə də qeyri -rəsmi mənbələrdən öyrəndik ki, yaxın saatlarda tarif şurasının müvafiq qərarı yayınlanacaq. 



 BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar