Ru
14:34 / 11 Sentyabr 2025

Aktotı Raimkulova “İRS Nəşriyyat Evi” ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Aktotı Raimkulova “İRS Nəşriyyat Evi” ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO
Eye

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə “İRS Nəşriyyat Evi” -nin direktoru Musa Mərcanlı arasında görüş baş tutub.

Bakupost.az xəbər verir ki, görüş çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin və çoxəsrlik tarixinin təbliği, təşviqi və araşdırılmasına yeni üfüqlər açacaq Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədin əsas məqsədi ortaq nəşrlərin hazırlanması, təqdimatlar, seminarlar, sərgilər və digər mədəni tədbirlərin təşkili istiqamətində tərəflər arasında sıx əməkdaşlığın qurulmasıdır.

Fondun prezidenti Aktotı Raimkulova, “İRS Nəşriyyat Evi”-nin türk xalqlarının zəngin mədəni və ədəbi irsinin dünyada tanıdılması istiqamətində göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirib.

O, Fond ilə Nəşriyyat evi arasında imzalanan Memorandumun gələcəkdə yeni ortaq layihələrin həyata keçirilməsinə geniş imkanlar açacağını qeyd edərək, belə əməkdaşlıqların Türk dünyasının mədəni birliyinə və beynəlxalq nüfuzuna əvəzsiz töhfə verəcəyini vurğulayıb.

Bu əməkdaşlıq ümumtürk dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə əmanət kimi ötürülməsi yolunda mənəvi körpü olacaqdır.


Aktotı Raimkulova “İRS Nəşriyyat Evi” ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar