Ru
14:10 / 15 Avqust 2026

"Akvaparkdakı azyaşlının ölümü araşdırılır" - Emin Ağalarov

"Akvaparkdakı azyaşlının ölümü araşdırılır" - Emin Ağalarov
Eye

"Sea Breeze" ərazisində yerləşən akvaparkda dünən baş verən faciəvi hadisə nəticəsində uşaq həyatını itirib.

"Bakupost" xəbər verir ki, hadisə ilə bağlı "Sea Breeze"nin rəhbəri Emin Ağalarov sosial media hesabında paylaşım edib. O, özü və bütün komanda adından uşağın ailəsinə başsağlığı verib.

Açıqlamada bildirilib ki, hazırda hadisənin bütün halları, o cümlədən uşağın su nasoslarının yerləşdiyi texniki zonaya necə düşməsi araşdırılır. "Sea Breeze" rəhbərliyi istintaqa hərtərəfli yardım göstərdiyini qeyd edib.

Emin Ağalarov vurğulayıb ki, uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün əsas prioritetdir. Onun sözlərinə görə, kurortun bütün əraziləri və obyektləri Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanılır.

Hadisədən sonra akvaparkda bütün təhlükəsizlik tədbirlərinin əlavə olaraq yenidən yoxlanılacağı və gücləndiriləcəyi bildirilib.

Emin Ağalarov ailəyə bütün lazımi dəstəyin göstəriləcəyini də qeyd edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar