Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi bu gündən etibarən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, abituriyentlər elektron ərizədə yalnız ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisaslarını deyil, həm də orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını göstərə bilərlər.