Hamı görürdü ki, meydanda gərginlik var idi. Bu, məsuliyyət hissindən irəli gəlirdi.
Bakupost.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"la oyundan sonra deyib.
"Futbolçularım qəhrəmandırlar, onları ürəkdən təbrik edirəm. İllərdir ki, bunu arzulayırdıq, Allah bu günü bizə qismət etdi. Daha yaxşı oyun göstərmək istəyirdik, amma ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün oyun daha gərgin keçdi və ilk dəqiqələrdən bu hiss olunurdu. 1:3-dən sonra hamı inanırdı ki, qalib gələcəyik. Futbol isə sübut edir ki, istənilən nəticə mümkündür", - deyə Q.Qurbanov vurğulayıb.
Xatırladaq ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən "Ferentsvaroş" üzərində qələbə qazanaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.