Ru
20:36 / 27 Avqust 2025

Rusiya Macarıstana bu tarixdən neft nəqlini bərpa edəcək

Rusiya Macarıstana bu tarixdən neft nəqlini bərpa edəcək
Eye

Avqustun 28-də Rusiyadan Macarıstana "Drujba" kəməri ilə neftin nəqli bərpa olunacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığından sonra sosial şəbəkə hesabında məlumat paylaşıb.

Macarıstanın xarici işlər naziri qeyd edib ki, Ukraynaya məxsus pilotsuz təyyarə və raket zərbəsinin "Drujba" neft kəməri paylayıcı stansiyasına vurduğu ziyan o qədər böyük olub ki, bərpa işləri bir neçə gün çəkib: "Biz vəziyyəti Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin ilə telefonda müzakirə etdik. O, çoxlu səylərdən sonra Macarıstana neft tədarükünü həyata keçirməyə imkan verəcək texnoloji həllin tapıldığını bildirdi".

Siyarto, həmçinin bildirib ki, Macarıstanda neftin daxili kommersiya ehtiyatları hələ də qorunur, ona görə də strateji ehtiyatdan istifadə etmək lazım deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar